Adnan Oktar Design Studio 313

Qarışqaların xəzinəsiı

Qarışqa koloniyasının bütün fəaliyyətinin mərkəzidə kraliça və onun yumurtalar durur. Onlar koloniyanın artıb-çoxalmasını təmin edən kraliçanı hər şeydən üstün tuturlar. Kraliçanın bütün ehtiyacları işçi qarışqalar tərəfindən ödənilir. Həyatları boyunca gördükləri ən əsas iş kraliçaya qulluq etmək, onun və yumurtaların qayğısına qalmaqdır. Kraliçanın yumurtaları qarışqa koloniyasının ən dəyərli xəzinəsidir. Qarışqalar təhlükə hiss edən kimi, hər şeydən öncə yumurtaları və sürfələri təhlükəsiz bir yerə daşıyırlar. Əgər körpə qarışqalar hansısa əlverişsiz şəraitə düşər, məsələn, quru havaya məruz qalarlarsa, işçilər bunu aradan qaldırmağa, konkret olaraq, həmin yerin havasını nəmləndirməyə çalışırlar. Bunun müxtəlif yollar var. Öncə onu qeyd edək ki, qarışqalar yuvanı tikərkən hərarət, rütubət və s. bu kimi faktorları nəzərə alırlar. Buna baxmayaraq, əgər körpələr əlverişsiz şəraitə düşərsə, onları yuvanın içində ora-bura daşıyır, ən uyğun mühiti tapmağa çalışırlar. Qeyd edək ki, körpə qarışqaların ehtiyacları yaşlarına görə dəyişir. Məsələn, yumurta və sürfələr rütubətə ehtiyac duyduqları halda, pupların mütləq quru şəraitdə yaşaması gərəkdir. Onların bu ehtiyaclarını təmin etmək üçün işçilər 24 saat ərzində durmadan çalışırlar.


Bir nöqtənin də üzərində dayanmaq lazımdır ki, yuvanın rütubətli yerlərində bakteriya və göbələklərin yetişməsi ehtimalı da güclü olduğundan, qarışqaların orada işləməsi çox təhlükəlidir. Dolayısıyla, onlar özlərini xəstələnib ölmək riskilə üz-üzə qoyurlar.


Bəs qarışqalar bu təhlükəli mühitdə necə qorunurlar? Qarışqaları qüsursuz və möhtəşəm sistemlərilə yaradan Allah bu baxımdan da onları gərəkli vasitələrlə təchiz edib. Yetkin qarışqaların boğazlarında yerləşən metaploral vəzilərdə yaranıb ətrafa püskürdülən xüsusi maddələr bakteriyaları yox edir və inkişafını əngəlləyir.

 

 

 

Darvinizm fədakarlığı açıqlaya bilərmi?

Təkamül nəzəriyyəsinin müəllifi olan ingilis alimi Çarlz Darvinin yikirlərinə görə, təkamül prosesinin əsas hərəkətverici qüvvəsi yaşamaq instinktidir. Darvinə görə, konkret növə aid fərdlər yaşamaq imkanlarını artıran hansısa bir özəllik qazanda, növün üstünlüyü çoxalırdı. Onlar bu üstünlükdən yararlanaraq yaşamaq mübarizəsindən qalib çıxır, daha çox artıb-törəyir və nəticədə özlərinin güclü cəhətlərini başqa növlərə də keçirirdilər. Buna görə də, təkamül özünü fəda etməyi deyil, özünü qorumağı öyrətməliydi.


Ancaq qarışqaların özlərini fəda etməsi faktı aşkarlananda Darvinin təbii seçim nəzəriyyəsinə böyük zərbə dəydi. Bu faktlardan bəziləri hələ Darvinin sağlığında bəlli olmuş və izahını tapa bilməmişdi. Darvin məşhur “Origin of Srecies” (Növlərin mənşəyi) kitabında bununla bağlı yazır: “...Bu instinktlərin bəziləri elə şaşırdıcıdır ki, onlardan bəziləri oxucuya bəlkə də, bütün nəzəriyyəni heçə çıxarmaq gücündə görünəcək”.


Darvinin bu qədər açıq bir etirafdan sonra nəzəriyyəsini qurtarmaq üçün ortaya atdığı tezis məsələni daha da qəlizləşdirirdi. Onun ziddiyyətli bir açıqlamasına görə, bəzi qruplarda təbii seçim fərdlər səviyyəsində deyil, birbaşa qrup səviyyəsində gedir. Amma isbatı mümkün olmayan bu tezis də çox uzağa gedə bilmədi. Çünki o, heç bir fakta əsaslanmırdı və sadəcə nəzəriyyəni iflasdan qurtarmaq üçün ortaya atılmış bir versiya idi.

 

Darvində sonra gələn təkamülçülər də heyvanlardakı fədakarlıq örnəklərini izah edə bilmədilər. Ümumiyyətlə, təkmül təliminin heç bir tezisi qarışqa, arı, termit kimi toplumsal (sosial) canlılaran belə üstün davranışlarını şərh etmək gücündə deyil. Bir canlının öz təhlükəsizliyini, rahatlığını kənara ataraq, içində yaşadığı qrupun üzvlərinin mənayefini təmin etməyə çalışması ancaq və ancaq bununla izahlana bilər ki, onların riayət etdiyi sosial düzən üstün bir ağıl tərəfindən planlaşdırılıb, tənzimlənib və qrupun hər üzvünə bu düzəndə konkret vəzifə verilib. Və həmin üzvlər özlərinə ayrılan vəzifəyə uyğun davranır, lazım gələrsə, bu yolda canlarını fəda etməkdən də çəkinmirlər.

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.