Adnan Oktar Design Studio 313

Toplumda ünsiyyət

Quranda Hz. Süleymanın ordusu haqqında verilən bilgidə qarışqaların çox mükəmməl “xəbərləşmə sistemi”nin olduğuna işarə edilir. Həmin ayə belədir:


“Nəhayət, onlar qarışqa vadisinə gəlib çatanda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi [ayaqları altında] basıb əzməsinlər!” («Nəml» surəsi, 18).


Son onilliklər ərzində qarışqalar üzərində aparılan elmi araşdırmalar bu kiçik heyvanlar arasında inanılmaz bir xəbərləşmə (ünsiyyət) sisteminin oldğunu ortaya qoyub. National Geograrhic dərgisində yayımlanan bir məqalədə bu haqda deyilir:


“Böyük-kiçikliyindən fərqli olmayaraq, hər bir qarışqa başındakı duyğu orqanları vasitəsilə milyonlarca siqnal ala bilir. Qarışqanın beyni 500.000 sinir hüceyrəsindən ibarətdir; gözləri bitişikdir; başındakı antennalar insandakı burun və barmaq ucları kimi hərəkət edir. Ağzının altındakı reseptorlar dadı, tüklər isə təması hiss edir”.


Bizlər fərqinə varmasaq da, qarışqalar həssas duyğu orqanları sayəsində müxtəlif xəbərləşmə (ünsiyyət) yollarından istifadə edirlər. Ov tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan savaşmağa qədər hər bir işdə bu duyğu orqanlarından yararlanırlar. 2-3 millimetrlik vücudlarının içinə sığışdırılmış 500.000 sinir hüceyrəsilə şaşırdıcı bir əlaqə sistemi qura biliblər. Diqqət yetirin ki, haqqında bəhs edilən yarım milyon sinir hüceyrəsi və qarışıq əlaqə sistemi haradasa insandan minlərlə dəfə kiçik olan bir qarışqaya aiddir.


Qarışqalar, arılar və termitlər kimi “sosial” yaşam tərzi keçirən, koloniyalar halında yaşayan canlıların əlaqə növləri (əlaqə qurmanın səbəbləri) kateqoriyalara ayrılır; həmin kateqoriyalar bunlardır: həyəcan siqnalı vermə, toplanma, təmizlənmə, maye qida mübadiləsi, qruplaşma, tanıma, kastaları bəlirləmə.


Bu yollarla intizamlı bir toplum əmələ gətirən qarışqaların qarşılıqlı xəbər mübadiləsinə dayanan bir həyat tərzləri var və onlar bu xəbər mübadiləsində heç bir çətinlik çəkmirlər. İnsanların çox vaxt danışıqlar yoluyla həll edə bilmədiyi məsələlərdə (toplanma, paylaşma, təmizləmə, qorunma və sair) qarışqaların ünsiyyət sistemi yüzdə yüz başarılı olur.

 

 

Qarışqa qrupları arasında bilgi alış-verişi

Yeni kəşf edilən qida qaynağına hamıdan öncə ovçu qarışqalar gedirlər. Daha sonra feromen (*) adlanan və və daxili vəzilərdən ifraz olunan bir maye sayəsində digər qarışqalar da çağırılırlar. Qidanın yanına yığışan qarışqaların sayı artdıqca işçilərə yenə də həmin feromen vasitəsilə təsir edilir. Tapılan qidanın böyük-kiçikliyindən və yaxın-uzaqlığından asılı olaraq, ovçular siqnal verib, onun yanına çağırılan qarışqaların sayını tənzimləyirlər. Əgər çox gözəl bir qida tapılıbsa, qarışqalar daha çox iz buraxmağa çalışırlar və beləliklə də, ovçulara daha çox işçi yardıma gəlir. Heç bir halda tapılan qidanın yuvaya çatdırılmasında problem çıxmır, bu iş necə lazımdırsa, görülür. Çünki ortada tam bir “komanda çalışması” var.


Başqa bir örnək isə bir yuvadan digərinə köçən “kəşfiyyatçı” qarışqalarla ilgilidir. Bu qarışqalar köhnə yuvadan yenisinə doğru arxalarınca iz buraxaraq gedirlər. Digər işçilər yeni yuvanın yerini beləcə tapır və əgər gərəkirsə, öz feromenlərilə köhnə “iz”in üzərinə yenisini də əlavə edirlər. Beləcə, iki yuva arasında gedib-gələn qarışqaların sayı artır və onlar yeni yuvanı qurub başa çatdırırlar. Bu proses zamanı işçi qarışqaların da arasında bir iş bölümü gedir. Yeni yuvanı müəyyənləşdirən qarışqalar vəzifələri bu cür paylaşırlar:


1. Toplayıcı qarışqalar yeni bölgəyə köçür.
2. Yeni bölgəyə gəlib, növbə tutan bir qrup yaradılır.
3. Toplanma təlimatı almaq üçün növbətçi qarışqaları izləyən daha bir qrup qarışqa toplanır.
4. Bir qrup qarışqa bölgədə araşdırma aparır.

 

Şübhəsiz ki, bu qüsursuz hərəkat planı qarışqalar ilk yaradıldıqları gündən bəri tətbiq edirlər. Çünki ancaq öz yaşamını və mənfəətini düşünən fərdlərin belə bir iş bölümü sistemi qura bilməsi imkansızdır. Elə isə, belə bir sual ortaya çıxır: Milyonlarla ildən bəri bu planı qarışqalara kim təlqinləyir və yerinə yetirilməsini təmin edir? Bu hərəkət planının gərəkdirdiyi son dərəcə üstün qrup ünsiyyətinin işləyə bilməsi üçün əlbəttə ki, böyük bir ağıl və qüvvət sahibinə ehtiyac var. Bütün məsələ də elə bundadır: cəmi canlıların yaradıcısı, sonsuz ağıl sahibi olan Allah onun qüvvəsini anlaya bilməmiz üçün hətta qarışqaların bu sistemli dünyasında da bizə yol göstərir.

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.