Adnan Oktar Design Studio 313

Sosial həyat

Qarışqaların koloniyalar halında yaşadıqlarından və aralarında mükəmməl bir əmək bölgüsü sisteminin mövcud olduğundan artıq bəhs etmişik. Bu sistemi daha yaxından incələyəndə qarışqaların son dərəcə təkmil “cəmiyyət quruluşu”na sahib olduqlarını görəcəyik. Bundan əlavə, onların bir çox cəhətdən fədakar varlıqlar olduqları da diqqətimizi çəkəcək.


Uzun illər qarışqalar üzərində araşdırmalar aparmış elm adamları onların nizamlı sosial davranışlarını hələ də şərh edə bilməyiblər. Washington Carnegie İnstitutunun başqanı Dr. Caryl P. Haskinsin (Keril Haskins) bunula bağlı etirafı diqqət çəkir:


- 60 illik araşdırma və çalışmalardan sonra hələ də qarışqaların təkmil sosial davranışlarına təəccüb edirəm. Onlar qoxu və hərəkətlərinin dililə bağlı qarışıq, fəqət özlərinin çox asan anlaya bildikləri bir sistem qurublar. Qarışqalar bizim heyvanların davranışını öyrənə bilməyimiz üçün gözəl bir modeldir.


Bəzi qarışqa koloniyaları fərdlərin sayı və yaşama arealı baxımından o qədər genişdirlər ki, onların həmin böyük ərazidə qüsursuz sistem qura bilmələri heç cür izaha gəlmir. Buna görə də Dr. Naskins-i haqlı saymamaq mümkün deyil. Həmin geniş koloniyalara bir örnək olaraq Afrika sahillərində yaşayan Formica Üesensis adlı qarışqa növünü göstərə bilərik. Bu qarışqa koloniyası 2,7 km2-lik ərazidə, bir-birilə bağlı 45 min yuvada yaşayır. Təxminən 1.080.000 kraliça və 306.000.000 işçisi olan bu koloniyaları araşdırmaçılar “super kolniya” adlandırırlar. Koloniya daxilində bütün istehsal vasitələrinin və azuqənin mükəmməl qaydayla işlədildiyi bəlli olub.


Çox geniş bir əraziyə yayılmalarına rəğmən, qarışqaların heç bir qarışıqlıq çıxarmadan sistemli yaşamalarını açıqlamaq olduqca çətindir. Təsəvvür edin ki, bu gün hətta əhalisi az olan sivil bir ölkədə asayişi qorumaq və sosial əmin-amanlığı saxlaya bilmək üçün müxtəlif güc orqanlarında istifadə olunur. Həmin orqanların başında da mütləq onları yönəldən, idarə edən rəhbərlik durur. Amma bütün bunlara rəğmən, cəmiyyətdə sabitlik qurmaq demək olar ki, heç vaxt baş tutmur. Qarışqa toplumlarında isə nə polis, nə jandarm, nə də keşikçiyə ehtiyac var. İlk baxışda koloniyaların hakimiləri kimi görünən kraliçaların yeganə vəzifələrinin əslində nəsli davam etdirmək olduğunu nəzərə alsaq, qarışqaların heç liderləri, yönəldiciləri də yoxdur. Dolayısıyla, aralarında rəhbər-işçi münasibətlərinə dayanan ierarxiya da mövcud deyil. Yaxşı, bəs elə isə, bu sistemi qurub-yaşadan kimdir?

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.