Adnan Oktar Design Studio 313

Müdafiə və savaş taktikası

Öncəki fəsillərdə qarışqaların sosial düzənlərinin son dərəcə inkişaf etdiyini gördük. Amma bu çalışqan, fədakar canlıların başqa bir xüsusiyyəti də var: düşmənlərinə qarşı çox uğurla mübarizə aparır və kolniyanın uğrunda savaşırlar. Qarışqaların kiçikliyi ilk baxışda onların müdafiəsiz olduqları təsəvvürünü yaradır. Amma çox asanlıqla tapdalanıb öldürülməsi mümkün olan bu canlılar heç kimn ağlına belə gəlməyən dərəcədə böyük işlər görməyə qadirdirlər. Çünki Allah yer üzündə yaratdığı misilsiz ekoloji düzəndə onların da yerini bəlirləyib və onları da gərəkən müdafiə mexanizmlərilə təchiz edib.


Qarışqalar Allahın təlqinilə insanı mat qoyan taktika və strategiyalarını koloniyanı qorumaq və qida axtararkən qarşılarına çıxan düşmənlərdən müdafiə olunmaq üçün işə salırlar. Ov etmək strategiyalarını inkişaf etdirərkən özləri də başqalarının ovuna çevrilməmək üçün mübarizə aparırlar. Bu mübarizənin bir növü də qarışqa koloniyalarının arasında gedir.

 

 

Koloniyalararası savaş

Koloniyalararası savaşların əsas səbəblərindən biri və birincisi qida qaynaqları uğrunda mübarizədir. Bu zaman adətən qidanı birinci tapan qarışqa növü savaşda qalib gəlir. Çünki onlar qidanı çevrəyə alaraq, digərlərinin ondan götürüb, ətrafa öz qoxularını buraxmasını əngəlləyirlər. Buna görə də, arxada gələn koloniyanın üzvləri qoxu vasitəsilə yoldaşlarına yol göstərə bilmirlər.


Yem qaynağına hamıdan əvvəl gələn işçilərin bir qismi onu mühasirəyə alarkən, digər qismi də dərhal savaşa qatılmayıb, qoxu izi qoya-qoya yuvalarına dönürlər. Yuvaya varan kimi bədənlərini irəli-geri hərəkət etdirib, antennalarını digər qarışqaların antennalarına toxunduraraq, yuva yoldaşlarını durumdan hali edirlər. Nəticədə savaşqan qarışqalar da qidanı tapanların köməyinə yetişir.


Bu, hələ adi hallarda belədir; qida qıtlığı yarananda isə qarışqalar son dərəcə aqressiv olurlar. Bu zaman iki qarışqa koloniyası savaşa girərsə, onlardan biri 10-14 gün ərzində digərini tamamilə məhv edə bilər.


Savaşın başqa bir səbəbi isə bir koloniyanın digərinin ərazisinə girməsidir. Qarışqanı yaşadıqları bölgəni xüsusi feromenlərlə işarələyirlər. Digər bir koloniya ora gələndə feromeni duyaraq, başqasının ərazisinə girdiyini anlayır və yönünü dəyişir. Əks təqdirdə savaş labüddür. Belə hallarda məsələn, toxucu qarışqalar xüsusi maddə buraxaraq, ən yaxın yarpağa doğru gedir və yuva yoldaşlarını taparaq, düşmənin gəldiyi anladırlar. Yoldaşları da bunu görüncə hərəkətə gəlir və toparlanaraq savaş meydanına yol alırlar. Yarım saat içində yüzdən çox qarışqa meydana yığışır.
Qısası, qarışqa koloniyaları təbii sərhədləri, təhlükələrə qarşı güvənlik sistemləri və bunlarla yanaşı, bütün koloniyanı qoruyacaq gücdə ordularıyla inkişaf etmiş bir müdafiə sisteminə malikdirlər. Belə bir sistemi qurmaq üçünsə onu planlayan ağıl və həmin planı gerçəkləşdirən iradə gərəkdir. Halbuki, ortada heç bir görünən ağıl və iradə sahibi yoxdur. Sistem gözlə görünməyən bir iradə tərəfindən formalaşdırılıb və qarışqalara da elə dünyaya gəldikləri ilk andanca öyrədilib. Başqa sözlə desək, onları yaradan Allah mürəkkəb bir müdafiə sistemi də qurub və həmin sistemi həyata keçirmək üçün lazım olan proqramı qarışqalara təlqin edib.
İndi isə açıq bir yaradılış örnəyi olan həmin sistemin detallarına baxaq.

 

 

 

Müdafiə taktikası

Müxtəlif koloniyalar arasındakı savaşlarda qarışqaların işlətdikləri cürbəcür taktikalar var. Onlardan ən geniş yayılanı qarışqaların özlərini daha uzun və böyük göstərməyə çalışmalarıdır. Şəkillərdən də göründüyü kimi, qarışqalar ayaqlarını mümkün olan qədər düzəldərək və başlarını qaldıraraq, daha uzun boylu və bədheybət görünməyə çalışırlar.


Onların işlətdikləri başqa bir müdafiə taktikası isə “düşməni sakitləşdirmək”dir. Bir qarışqa növü (S.Invoila) qovğaya girəndə qarnını titrədək xüsusi zəhər buraxır və yavaşca çənəsini açır. Bu zaman zəhərdən qorunmağa çalışan düşmənləri də çənələrini açaraq, onun ağzına bir damcı şəkərli su axıdırlar (qarışqaların qidanı necə paylaşmalarını yadınıza salın). Bu hərəkətin səbəbi zəhər çıxaran qarışqanın başını yeməklə qatıb, fikrini yayındırmaqdır. Qısası, qarşı tərəfin diqqətini başqa yerə yönəldərək, onu sakitləşdirirlər.


...Əlbəttə ki, qarışqaların taktikaları bunlarla yekunlaşmır. Onlar heyrətamiz fiziki özəllikləri və təlqin olunan “zəka”larıyla savaş meydanlarında daha mürəkkəb taktikalar da işlədirlər.

 

 

Turşu buraxan qarışqalar

Qarışqaların çox önəmli bir müdafiə texnikası da vücudlarındakı zəhər kisələrində lazım olanda zəhər, lazım olanda da xüsusi kimyəvi turşular yaratmalarıdır. Onlar həmin zəhəri düşmənlərinə qarşı çox bacarıqla işlədirlər. Bu zəhər hətta insanlara da müəyyən təsir göstərir, bəzilərində allergik şok meydana gətirir. Qarışqalar yaratdıqları kimyəvi turşudan da həmçinin eyni dərəcədə ustalıqla istifadə edirlər.


(Qeyd edək ki, “qarışqa turşusu” adlandırılan kimyəvi maddənin elmi adı Formiat turşusudur. NCOON formullu tərkibə malik kəskin iyli mayedir, şam ağacı və gicitkən tikanlarında, meyvələrdə, arı və qarışqanın ifrazatında olur. İlk dəfə 17-ci əsrdə qarışqanın ifrazatında tapılıb və buna görə də qarışqa turşusu adlandırılıb. Sənayedə müxtəlif məqsədlərlə işlədilir).


Əgər təkamül təlimini qəbul etsək, onda razılaşmalıyıq ki, ibtidai qarışqaların bətnində həmin zəhər kisəsi olmayıb, sonradan, “tarixi təkamül dövründə” meydana çıxıb. Amma bu, məntiqə zidd gəlir: çünki zəhər sisteminin çalışması üçün həm zəhərin özünün, həm də onu saxlayan kisənin olması gərəkdir. Özü də bu orqan bir növ izolə olunmalı, zəhərin orqanizmin digər hissələrinə yayılmasına imkan verməməlidir. Əlavə olaraq, həmin zəhəri düşmənlərin üzərinə püskürtmək üçün uyğun əzələ mexanizmi də yaranmalıdır. (Hətta zəhərin qarın bölgəsindən çıxmasını asanlaşdırmaq üçün oranın rahat dönməsini təmin edən xüsusi mayelər də ifraz olunur ki, bunlar qarın əzələlərini “yağlayırlar”.) Bütün bunlar təkamül dövrü çərçivəsində yavaş-yavaş inkişaf edə bilməzlər. Çünki tək bir elementin, orqanın əksik olması da sistemi işləməyə qoymaz və qarışqanın ölümünə yol açar. Ona görə də, məsələnin ancaq bir açması var: bu kimyəvi müdafiə sistemi qarışqada elə lap əvvəldən mövcud olub, tədricən yaranmayıb. Bu isə ortada bir elmi planlaşdırmanın olduğuna dəlalət edir. Hələ zəhəri işlətmələri bir yana qalsın, qarışqalar orqanizmlərinə heç bir zərər vermədən onu yaratmağı necə öyrəniblər? Təkamülçülər bu suala heç cür cavab verə bilmirlər. Cavab isə çox açıqdır: təbiətdəki bütün varlıqlar kimi, qarışqalar da qüsursuz sistemlərilə bir anda yaradılıblar. Onların vücudundakı zəhər istehsalı sxemini quran da, bunu necə işlətməyi qarışqalara təlqin edən də Aləmlərin Rəbbi olan Allahdır.

 

 

Saymağı bacaran qarışqalar

Kiçik bir qarışqa düşmənin gücünü necə anlayıb dəyərləndirə bilir? Axı bunun üçün riyazi bilgilər lazımdır?..
...Bəlli olub ki, qarışqalar alimlərin hələ də anlaya bilmədikləri bir metodla saymağı bacarırlar. Əgər öz yoldaşları düşməndən daha çoxdursa, dərhal güclü hücuma keçirlər. Əks təqdirdə isə geri çəkilirlər.
Bundan başqa, qarışqalar düşmənlərini böyük-kiçikliyinə görə də fərqləndirərək, onlara qarşı ayrı-ayrı taktikalardan yararlanırlar.

 

 

 

Yeriyən bombalar

Qarışqaların işlətdiyi taktikalardan biri də lazım olanda koloniyalarını qorumaq uğrunda intihara gedərək, düşmənlərinə zərər verməyə çalışmaqdır. Yəni qarışqalar da “kamikadze”lik edirlər. Onların çoxu buna çox cəsarətlə gedir. Fəqət Malayziya meşələrində yaşayan bir qarışqa növü (Saundersi camronotus) bu baxımdan daha çox maraq doğurur.


1970-ci illərdə araşdırma aparan iki entomoloq bu qarışqaların anatomiyaları və davranışları baxımından bir növ “yeriyən bomba” olduqlarını üzə çıxarıblar. Belə ki, qarışqanın çənəsindən vücudunun arxasına qədər zəhərlə dolu iki böyük vəzi uzanır. Mücadilə zamanı qarışqa düşmən tərəfindən sərt şəkildə sıxışdırılarsa, qarın əzələlərini şiddətlə gərərək vəzini partladır və zəhəri düşmənin üzərinə püskürdür.


Qarışqaların bu fədakarlığı əlbəttə ki, nə təbii seçimlə, nə də təkamülün digər mexanizmlərilə izah oluna bilməz. Bu fədakarlığı edən müəyyən ağıl, təhsil, duyğu və vicdan sahibi olan insan deyil, qarışqadır. Hətta qarışqaların fiziki dəyişikliklərə uğradığını düşünsək belə (halbuki, onların 80 milyon il ərzində heç bir dəyişikliyə uğramamaları faktdır), yenə də heç bir dəyişmə qarışqaya bu xüsusiyyəti qazandıra bilməzdi. Heç bir mutasiya bu canlını qəfildən düşünən, qərar verən, hiss edən varlığa çevirə bilməz.


Hətta təkamülçülərə bir az da güzəştə gedib, lap hesab etsək də ki, haçansa hansısa qarışqa belə fədakarlıq edib, yenə də onun bu cəhətini genlərlə gələcək nəsillərə ötürməsi imkansız olacaqdı - axı ölü qarışqa nəsil verə bilməz!

 

 

 

“Quldar” qarışqalar

Kimyəvi siqnalların qarışqaların toplum yaşamlarına təsiri baxımından Formica subintegra və Formica subserica (quldar qarışqa) cinsləri arasındakı münasibət çox diqqətçəkicidir. Bu münasibətlər zamanı meydana çıxan “quldarlıq” isə qarışqaların savaş taktikaları arasında ən maraqlısı sayıla bilər.


Bəzən bir koloniyanın əsgərləri digər koloniyanı rahatca əzə biləcəklərini fərq edərlərsə, “qul ovu”na girişirlər. Onlar həmin koloniyanın yuvasını işğal edir, kraliçanı öldürür və nektar dolu “bal küpləri”ni - yəni bədənlərini nektarla doldurub şişirdən qarışqaları qənimət kimi ələ keçirirlər. Ən qəribəsi isə balaca qarışqa sürfələrini oğurlamalarıdır. Bu qarışqalar bir müdət sonra böyüyərək, istilaçı koloniya üçün yemək arayan, saxlayan, kraliçaya qulluq edən “kölə”yə çevrilirlər.


Bəs Formica subintegra qarşı koloniyaya hücum edəndə yumurta və sürfələri necə maneəsiz oğurlaya bilirlər? Məsələ ondadır ki, onlar rəqibin yuvasına girəndə xüsusi bir feromen ifraz edirlər; bu feromen rəqibi təşvişə salır və onlar körpələrini xilas etmək əvəzinə vurnuxmaya düşür, ora-bura qaçıb, dağılışırlar. Bəlli olduğu kimi, hər qarışqa növü ayrı-ayrı feromenlər buraxır. Bu feromenlər qarışqalar üçün sərhədi müəyyənləşdirmək, düşmənin yerini və sayını xəbərləmək, hücuma keçmək, həyəcan siqnalı vermək kimi müxtəlif mənalar verir. Amma burada çox maraqlı bir məsələ var - belə ki, haqqında söz açdığımız Formica subintegra qarışqaları, göründüyü kimi, rəqibin təşviş və həyəcan siqnallarını necə verməsinə bələddir, özü də nəinki bələddir, hətta bunu yamsılıya da bilir. Nəticədə rəqibini təşvişə və həyəcana salaraq, nizamını pozur, təşviş içində qaçmağa vadar edir. Yəni çox ağıllı bir taktika işlədərək, düşmənin müdafiə sistemini içdən çökdürürlər.


Göründüyü kimi, ortada son dərəcə ustalıqla hazırlanmış bir savaş taktikası var. Üstəgəl, qarışqalar lap dünyaya gələndən həmin taktikanın tətbiqi üçün gərəkən kimyəvi vasitələrə və uyğun biliyə sahibdirlər.


Bəzi qarışqa cinsləri isə bütün işləri kölələrinə  gördürürlər. Məsələn, qırmızı Amazon qarışqası (Polyergus) buna bir misaldır. Amazon qarışqalarının hamısı “əsgər”dirlər. Savaşmaq üçün yaradılmış böyük, kəskin çənə sümükləri var. Nə qida toplamağı, nə də körpələrinə baxmağı bacarırlar. Onlar bəzi kiçik qara qarışqa növlərinin yuvalarına hücum edir, yumurta və sürfələrini ələ keçirirlər. Onlar isə gələcəkdə yetkin qarışqaya çevrilərək, Amazon qarışqalarının bütün işlərini görür, həmişəlik onların kaloniyasında yaşayırlar. Amazon qarışqaları hətta köç edəndə belə hər şeyi kölələrinə daşıdırlar. Nəticədə onların köçü çox sürətlə baş verir.


Qarışqalar iz buraxma qabiliyyətləri sayəsində hətta çox böyük canlılardan da müdafiə oluna bilirlər. Qarışqaların “Yusif böcəyi” ilə mübarizəsi buna çox gözəl bir misaldır. Onu görən qarışqalar iz buraxma metodu sayəsində bir araya toplanaraq, birlikdə böcəyə hücum çəkir və onu öldürürlər.


Başqa bir misal da göstərmək olar: koloniyanın hansısa bir üzvünə hücum edən tırtılı, - hətta özlərindən çox böyük olsa da,- eyni metodla məhv edirlər.

 

Bir canlının öz həyatını qorumaq və ya qidalanmaq üçün başqa birinə hücum etməsi normal qarşılana bilər. Amma bir canlı düşmənlərinə qarşı savaşarkən həmcinslərilə birgə hərəkət edirsə və bu savaş zamanı işlətdikləri taktikanı birgə bəlirləyirlərsə, bu, artıq düşünüləsi məsələdir. Çünki taktika müəyyənləşdirmək və bu taktikaya uyğun olaraq intizamla savaşmaq üçün ünsiyyət sistemi qurmaq ancaq ağıl, planlama və mühakimə nəticəsində mümkün ola bilər. Məsələn, müasir savaş taktika və strategiyaları bəşəriyyətin uzun sürən və çox baha başa gələn “təcrübələri” nəticəsində formalaşıb. Əsgərlər onu öyrənmək üçün xüsusi hərbi məktəblər keçirlər. Eyni zamanda, savaş zamanı həmin strategiyanın tətbiq olunması üçün xüsusi rabitə sisteminə də ehtiyac var. Ancaq kitabın öncəki bölümlərində haqqında danışdığımız kimyəvi ünsiyyət sistemi vasitəsilə hücum taktikasını müəyyənləşdirən, düşmənə birgə hücuma keçən, lazım gələrsə, özünü fəda etməkdən belə çəkinməyən “əsgər”lər təbii ki, nə hərbi məktəb keçiblər, nə də hansısa hərbi biliyə sahibdirlər. Onlar vur-tut bir neçə millimetr boyunda, düşünmə qabiliyyəti olmayan canlılardır.

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.