Adnan Oktar Design Studio 313

Qarışqa möcüzəsi

Bu saytda sizə çox yaxından tanıdığınız, hər zaman hər yerdə rastlaşdığınız, fəqət diqqətinizi o qədər də çəkməyən, bacarıqlı, toplumsal (sosial) və ağıllı bir məxluqu - qarışqanı anladacağıq. Yaşamımıza demək olar ki, heç vaxt ciddi təsir göstərməyən bu millimetrlik varlıqların möcüzə dolu həyatlarını incələyəcəyik.

 

İş texnologiyası, kollektiv çalışma, hərbi strategiya, son dərəcə inkişaf etmiş ünsiyyət şəbəkəsi, rasional ierarxiya, qüsursuz planlaşdırma... insanların heç də həmişə yetərincə başarılı olmadıqları bütün bu işləri qarışqalar əla bacarırlar. Güclü rəqiblərə qalib gələn, ağır təbii şəraitlərə dözən bu canlılara baxanda, hamısının eynilə bir-birinin tayı olduğunu düşünürsən. Gerçəkdə isə qarışqaların minlərcə növləri var və bu növlərdən də hər biri fərqli özəlliklərə sahibdirlər. İnanırıq ki, dünyada ən çoxsaylı canlılardan olan qarışqaların yuxarıda sadaladığımız özəllikləri bəşəriyyətə hələ çox maraqlı, yepyeni üfüqlər aça bilər. Bu kitab qarışqaların çox maraqlı və heyrətamiz dünyasını kəşf etməyinizə yardımçı olacaq.


Bəzi araşdırmalara görə, arxeoloji qazıntılar zamanı aşkarlanmış, ən qədiminin təxminən 80 milyon il yaşı olan qarışqa qalıqlarıyla bu günkü qarışqaların arasında heç bir fərq yoxdur. Bu maraqlı qarışqa dünyasını incələyərkən, hazırda ən azı 8800 növü olan qarışqaların o kiçik bədənlərilə nələri bacardıqlarını görəcəyik (Yeri gəlmişkən, təkcə Qafqazda qarışqanın 160, Azərbaycanda isə 90-dan çox növü var). Həmin dünyanın mükəmməl sistemi bizdə heyrət doğuracaq, düşünmək, araşdırmaq həvəsimizi və ehtiyacımızı artıracaq. Eyni zamanda təkamül nəzəriyyəsinin yanlış oldğunu görüb, Allahın hər şeyi qüsursuz yaratdığına birlikdə şahid olacağıq ki, bu da son dərəcə önəmli bir işdir. Çünki Quranda təbiətə baxaraq düşünən və gördüklərindən nəticə çıxarıb, Allahın böyüklüyünü dərk edən İnsanın obrazı təriflənib və həmin obraz bütün mömin insanlara örnək göstərilib. Gəlin, biz də bu insanlardan olaq. Aşağıdakı ayələr bu məsələni tam olaraq aydınlaşdırır:


“Həqiqətən, göylərin və yerin yaradılması, gecəylə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün [Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən] qəti dəlillərdir. O kəslər ki, ayaq üstdə olanda da, oturanda da Allahı xatırladar, göylərin və yerin yaradılması haqqında düşünər : “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından özün qoru!” («Ali-İmran» surəsi, 190-191)

 

Bu kitabın da oxuyanları daha dərin düşünməyə sövq etməsini və onları yaradan Allahın üstün gücünə, bənzərsiz yaratmaq qabiliyyətinə heyran olmalarına yardım etməsini arzulayırıq.

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.