Adnan Oktar Design Studio 313

Qarışqalar qapıçılıq edə bilərmi?

Qarışqa koloniyasındakı sistemin detallarını incələyəndə bu sistemi quran və yönəldən, gözlə görünməyən iradənin gücünü daha yaxşı hiss edərik. İndi bu detallara nəzər yetirək.


Qarışqa yuvalarının xarici aləmlə bağlantıları sadəcə bir qarışqanın keçə biləcəyi genişlikdə kiçik dəlik vasitəsilə gerçəkləşdirilir. Bu dəliklərdən keçmək üçünsə xüsusi “izn” gərəkdir. Belə ki, koloniyada sayları o qədər də çox olmayan və ancaq bir vəzifəni - qapıçılığı yerinə yetirən xüsusi qarışqalar var. “Qapıçılar” giriş dəliyinə tamamilə uyğun gələn iri başlarıyla canlı tıxac rolunu oynayırlar. Üstəlik, həmin qarışqaların baş qisminin rəngi də ətrafdakı ağacların qabıqlarının rəngilə eynidir. Qapıçı saatlarla giriş dəliyində oturur və ancaq öz koloniyasından olan qarışqaların içəri keçməsinə izn verir.


Əlbəttə, tamamilə aydındır ki, qapıçı qarışqanın qafasının dəliyə tam uyğun olması, rənginin ətraf mühitlə uyuşması, tanımadığı heç kimsəni içəri buraxmaması onun öz istəyilə baş tutan məsələlər deyil. Qarışqanın bədənini bu şəkildə biçimləyən, gördüyü işi ona təlqin edən bir ağıl sahibi mütləq olmalıdır. Qarışqanın bu vəzifələri özbaşına üzərinə götürdüyünü və heç bezmədən, vaz keçmədən qapıçılıq etdiyini söyləmək əsla ağlabatan deyil axı. Bir düşünək: qarışqa niyə qapıçı olmaq istəsin ki? Əgər mütləq bir işin qulpundan yapışmalı olsa belə, niyə ən çətinini və əziyyətlisini, üstəlik, fədakarlıq tələb edənini seçsin ki? Əgər imkanı olsaydı, şübhəsiz ki, özünə ən rahat və sərfəli işi götürərdi. Ancaq qarışqaları yaradan sənətkar öz sənətinin möhtəşəmliyini göstərmək üçün belə mükəmməl bir koloniya həyatı qurub və həmin koloniyanın üzvlərinə də bəlli vəzifələr ayırıb. Yəni seçim Allahın olub. Qapıçı qarışqa da Ona böyük bir itaətlə vəzifəsini yerinə yetirməkdədir.


Təkamül nəzəriyyəsinə görə isə, qarışqaların hər sahədə ayrıca inkişaf etməli və daha rahat yaşaya biləcəkləri bir kastaya (təbəqəyə) daxil olmağa can atmalaydılar. Amma qapıçı qarışqalar belə bir cəhddə heç bulunmurlar da; onlar bütün ömürləri boyunca özlərinə təlqin edilən işi qüsursuzcasına yerinə yetirirlər.

 

 

Mütəxəssis qarışqalar

Qarışqalarda təşkilatlanma, bəlirli bir iş üzrə ixtisaslaşma haradasa az qala insanlarda olduğu qədərdir. Hətta insanlar bu məsələdə qarışqalardan örnək götürürlər. Məsələn, kompüter mütəxəssisləri qarışqalardakı sistemi labarotoriyada robotların üzərinə köçürməyə çalışırlar. Yəni necə: onlar düşünürlər ki, robotlardan səmərə götürmək üçün çox inkişaf etmiş bir və ya bir neçə robotun əvəzinə, “bəsit” informatik ünsürlərdən oluşan daha az “şüurlu” bir qrup robot düzəldib, onları qarışqa koloniyasında olduğu kimi düzənləmək, proqramlaşdarmaq lazımdır; bu robotların yardımlaşması və iş bölümü sayəsində çox böyük mənfəət əldə etmək mümkündür. Həm də ona görə ki, bu robotlar bütün informasiyaları bir-birinə ötürə biləcəklər.


Qarışqa koloniyasının həyatı və əmək bölümü tərzi hətta NASA-nı (North American Space Agency - Şimali Amerika Kosmik Agentliyi - tərc.) da təsirləndirib. Nəticədə bu qurum Marsda həyat aramaq üçün bir mükəmməl robot göndərmək əvəzinə, çoxlu “qarışqa-robotlar” göndərməyi planlayır. Bu halda komandanın qoyulan vəzifənin öhdəsindən gəlmək şansı qat-qat yüksək olacaq. Çünki “qarışqa-robotlar”ın hətta bir neçəsi xarab olsa belə, qalanları missiyanı tamamlayacaqlar.

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.