Adnan Oktar Design Studio 313

Nəticə

Bu saytda sizə Allahın yaratmaq sənətinin yalnızca kiçicik bir əsəri olan balaca canlı növü haqqında bəzi misallar verildi. Ona görə “bəzi misallar” deyirik ki, əslində qarışqalarla bağlı hələ yüzərlə də örnək gətirmək olardı. Amma elə bu kitabda yazılanlar da insanı dərindən düşünməyə sövq etmək üçün yetərlidir.


Bunu unutmaq olmaz ki, Yer üzünün hər tərəfində həya qaynayır. Rəhman olan Allahın kiçik qarışqalar üçün qurduğu sistemli və düzənli həyat hər millimetrdəki canlı növləri arasında da yaradılıb. Təkhüceyrəlilər, böcəklər, vəhşi heyvanlar, bitkilər də qarışqalar kimi mükəmməl və qüsursuz şəkildə xəlq ediliblər. Bütün bu yaradılış xarüqələri insanların gündəlik həyat qayğıları içində ağıllarına belə gətirmədikləri, yaxud, sadəcə görüb keçdikləri əsl möcüzələrdir.


Bu kitabla müasir cəmiyyətin insanların gözləri önündə asdığı pərdəni qaldırmağa çalışdıq. Məqsədimiz yalnızca maddi mənfəətlərini düşünən, bütün həyatları boyunca pul-ev-iş üçbucağından kənarda qalan məsələlərə diqqət yetirməyən və buna görə də dünyagörüşünü daraldıb, Allahı unudan insanlara Onun varlığının dəlillərini göstərmək, Onu həmişə xatırlayanlara isə yeni bir düşüncə mövzusu verməkdir. Bunların hər ikisi son dərəcə önəmli işlərdir. Çünki insanın əbədi həyatının qurtuluşu bu kitabda sadalananlar kimi yaradılış möcüzələrini incələyib, onların müəllifini tanımaqdan keçir. Bu, yol göstəricimiz olan Quranda belə açıqlanır:


“Yeri necə döşədiyimizi orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl [meyvə] yetişdirdiyimizi görmürlərmi? Bütün bunları dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik” («Qaf» surəsi, 7-8)

 

Məqsədimiz odur ki, bu kitabda yazılanlar da oxucular üçün hikmətlə baxan bir göz və zikr hökmündə olsun. Ona görə də, bu kitabı oxuyandan sonra yenidən Allahı unutmuş bir toplumun dərdləri içində batmamaq üçün daim Yaradanın varlığı və gücü haqqında düşünmək, həyatımızı bu gerçəyə uyğun qurmağa çalışmaq lazımdır. Çünki Allah bütün məxluqatı Onu bilib tanımağımız üçün yaradıb. Bunun qarşılığında Allahdan üz çevirənlər isə çox böyük bir cəzaya layiqdirlər.

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.