Adnan Oktar Design Studio 313

Qrup halında yaşamaq qarışqalara necə təsir edir?

Qarışqalarda iş birliyinin ən çox araşdırılan örnəyi bir işçi qarışqa növünün (Lasius Emarginatus) davranışlarıdır. Bu növün fərdlərinin bir-birlərinə qarşı ilginc bağlılıqları var. Böyük qrupdan ayrılanda torpaqla əlləşən qrupa aid dörd işçi qarışqanın fəaliyyəti sürətlə davam edir. Fəqət, dördünün arasında bir-birlərini görmələrinə əngəl olan hansısa nəsnə (tutalım, daş) peyda olanda, iş templəri kəskin düşür.


Başqa bir örnək isə “atəş qarışqaları”nın qruplarını hansısa baryer ayıranda, həmin baryeri dəlib, bir-birinə qovuşmağa can atmalarıdır.


Bunlardan başqa, qrupdakı üzvlərin sayı dəyişəndə də qarışqaların davranışında fərqli əlamətlər üzə çıxır. Yuvadakı qarışqaların sayı artanda, hər bir üzvün fəaliyyətində irəliləyiş olur. İşçi qarışqalar bir araya gələndə toplanıb sakitləşir və az enerji xərcləyirlər. Hətta bəzi qarışqa növlərinin sayı artdıqca, işlətdikləri oksigenin miqdarının azaldığı da müşahidə edilib.


Bütün bu örnəklər qarışqaların təkbaşına yaşamağı bacarmadıqlarını göstərir. Bu kiçik məxluqlar ancaq qruplar, hətta koloniyalar halında yaşaya biləcək özəllikdə yaradılıblar. Bu da bizə təkamülçülərin qarışqaların sonradan sosiallaşmasıyla bağlı iddialarının gerçəkdən nə qədər uzaq olduğunu göstərir. Çünki qarışqaların əvvəllər təkbaşına yaşayıb da, sonradan toplumsallaşaraq (sosiallaşaraq) koloniyalar yaratması mümkün deyil. Qarışqanın təkbaşına yaşaması imkansızdır. Həm törəyib-çoxalmaq, həm özünə və həmcinslərinə uyğun yuva qurmaq, həm ailəsini bəsləmək, həm keşikçi, həm işçi, həm “əsgər” olmaq - bir qarışqa təkbaşına bu işlərin heç hansının öhdəsindən gələ bilməz. Çox dərin əmək bölümü tələb edən bütün bu işləri haçansa bir və ya bir neçə qarışqanın təkbaşına gördüklərini demək qətiyyən ağlabağan çıxmaz. Üstəlik, yazıq qarışqa bu qədər əziyyətli işlərlə uğraşarkən, bir yandan da sosiallaşma yönündə səylər göstərməliydi...


Bu durumda anlaşılan odur ki, qarışqalar yaradıldıqları gündən bəri sosial sistem içində, qruplarla yaşayan varlıqlar olublar. Yəni, Allah tərəfindən bütün bu özəlliklərilə birgə var ediliblər.

 

 

Nümunəvi qərargah

Öncəki səhifələrimizdə gətirdiyimiz ordu misalını bir az genişləndirək. Ağalasığmaz dərəcədə geniş, amma həddən artıq səliqəli, nizamlı bir qərargaha gəldiyinizi düşünün. İçəri girməyiniz mümkünsüz görünür, çünki qapılardakı keşikçilər tanımadıqları heç kimi içəri buraxmırlar. Bina mükəmməl bir təhlükəsizlik sistemilə qorunur.


Amma tutaq ki, hansısa yolla içəri girə bildiniz. İçəridə çox sistemli və dinamik bir fəaliyyət diqqətinizi çəkəcək. Çünki minlərlə əsgər çox düzənli bir şəkildə işlərini görürlər. Bu düzənin sirrini araşdıranda bəlli olacaq ki, qərargah onların çalışması üçün son dərəcə uyğun şəkildə inşa edilib. Hər iş üçün özəl bölümlər var və bu bölümlər məhz həmin sahəyə uyğun olaraq qurulub. Misal üçün, bina qatlarla yerin altına doğru ensə də, günəş enerjisinə ehtiyac duyan bölümlər məhz yuxarı qatda yerləşdirilib. Ayrıca, bir-birilə əlaqə saxlamağa ehtiyacı olan qatlar bu baxımdan da idel dərəcədə əlverişli tikiliblər. Nisbətən gec işlədilən əşyaların yığıldığı anbarlar binanın yan tərəfində yerləşdilirib. Tez-tez ehtiyac duyulan şeylər isə elə otaqlara yığılıb ki, daim əl altında olsun. Binanın düz ortasında da gərək olanda hamının toplana biləcəyi yekə bir salon var.


Amma qərargahın özəllikləri bunlarla da bitmir. Təsəvvür edin ki, bina çox böyük olmasına rəğmən, bərabər şəkildə isidilir. Çox mükəmməl bir mərkəzi isitmə sisteminin sayəsində temperatur daim sabit qalır. Bunun səbəblərindən biri də binada mükəmməl ventilyasiya sisteminin mövcudluğudur.


Belə bir qərargahı kimlərin və necə qura biləcəyi soruşularsa, hamı deyər ki, bu işi ancaq və ancaq savadlı, professional mühəndislər qrupu görə bilər. Çünki bunun üçün müəyyən zəka, təhsil və s. keyfiyyətlər tələb olunur. Halbuki, haqqında bəhs etdiyimiz qərargah vur-tut bir qarışqa yuvasıdır.


Belə bir qərargah tikməyi öyrənmək üçün insan həyatının çox hissəsini oxuyub-öyrənməyə sərf etməlidir. Qarışqa isə yumurtadan çıxan kimi, heç bir şey öyrənmədən öz boynuna düşən işi görməyə başlayır. Demək, qarışqalar hələ dünyaya gəlməmişdən öncə bu bilgilərə sahib olurlar. Daha doğrusu, qarışqaları yaradan Allah bütün bu bilgiləri onlara təlqin edir.

 

 

Qarışqalarda öz-özünü düzənləmə

Qarışqa dünyasını tənzimləyəcək hansısa bir plan-proqram yoxdur. Ən önəmlisi, daha öncə söylədiyimiz kimi, rəis-tabeli (əmr verən - icra edən) münasibətləri də mövcud deyil. Son dərəcə gəlişmiş bir özünütənzimləmə sayəsində bu toplumdakı ən mürəkkəb işlər də heç axsamadan yerinə yetirilir.


Bir misala baxaq: Koloniyada qida sıxıntısı yaşananda işçi qarışqalar dərhal “bəsləyici” qarışqalara dönür və “əlavə” mədələrindəki qida madəllərilə digər qarışqaları bəsləməyə başlayırlar. Ehtiyac aradan qalxanda isə yenə də dərhal bu “amplua”dan çıxıb, yenidən işçi qarışqalara dönürlər.


Burada misal gətirilən fədakarlıq gerçəkdən də çox yüksək səviyyədədir. İnsanlar dünyadakı aclıq təhlükəsilə mübarizədə heç bir başarı əldə etmədikləri halda, qarışqalar, göründüyü kimi, bunun çarəsini bulublar - qida da daxil olmaqla, hər şeyi paylaşmaq. Bəli, bu, gerçək bir fədakarlıq örnəyidir. Qarşısındakı qarışqanın yaşaya bilməsi üçün heç bir əvəz gözləmədən mədəsindəki qidaya qədər hər şeyi paylaşmaq təbiətdə təkamül nəzəriyyəsinin izah edə bilmədiyi minlərlə misallardan sadəcə biridir.


Qarışqaların sayının həddən çox artmasıyla bağlı problemlər də heç vaxt oraya çıxmır. Bu gün insanlar urbanizasiya, miqrasiya, təbii ehtiyatlardan yanlış istifadə və işsizlik kimi problemlər səbəbindən ağır sıxıntılar çəkdikləri halda, qarışqalar 50 milyon “əhalisi” olan yeraltı “şəhərləri” heç nəyin əksikliyini hiss etmədən, heç bir ehtiyac-filanla üzləşmədən yönəldirlər. Hər bir qarışqa çevrəsindəki şəraitin dəyişməsinə ani olaraq reaksiya verir; bunun mümkün ola bilməsi üçün isə qarışqaların mütləq fiziki və psixoloji yönlərdən xüsusi şəkildə “proqramlaşması” gərəkdir. Son dərəcə mükəmməl qurulmuş bu sistemin yaşaması üçün mütləq qarışqaları yönləndirən, vəzifələrini yerinə yetirmələrini təlqin edən, əmr verən bir “iradə sahibi”nə ehtiyac var. Əks təqdirdə ortaya sistem və düzən yox, böyük qarışıqlıq, xaos çıxardı. Bu iradə sahibi isə hər şeyin böyüyü olan, hər şeyə gücü yetən, bütün canlıları yönləndirən, görməli oldduqları işləri təlqin ilə əmr edən Allahdır.


Qarışqaların heç bir şəxsi mənfəət gözləmədən durmadan çalışmaları onların konkret bir qüvvə tərəfindən hərəkət etdirildiklərini isbatlayır. Hər şeyin sahibi isə Allahdır, Kainatdakı bütün canlılar onun ilhamıyla hərəkət edirlər; bu gerçəklik Quranda belə xəbər verilib:

 

“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. [Yer üzündə] elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” («Hud» surəsi, 56)

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.