Adnan Oktar Design Studio 313

Kimyəvi ünsiyyət

Yuxarıda sadalanan bütün ünsiyyət növlərini bir ümumi kateqoriyada birləşdirmək lazım gələrsə, onların hamısının kimyəvi siqnallarla yönləndirildiyini deyə bilərik. Qarışqaların ünsiyyət qurmaq məqsədilə işlətdikləri maddələrin ümumi adı “yarımkimyəvi maddələr”dir (semiochemicals). Ümumiyyətlə, iki növ yarımkimyəvi maddə var - feromenlər və alomenlər.


Alomen - cinslərarası ünsiyyət qurmağa yardım edən bir maddədir. Feromen isə bir qədər öncə açıqladığımız kimi, əsasən eyni cinsin daxilində işlədilən və bir qarışqa tərəfindən buraxılanda, digər qarışqaların qoxusunu hiss etdiyi maddədir ki, kimyəvi siqnal rolunu oynayır. Bu siqnallar qarışqa toplumlarıın təşkilatlanmasında ən önəmli rolu oynayır. Bu maddəni daxili vəzilər hazırlayır. Bir qarışqa siqnal olaraq bu maddəni buraxanda, digərləri qoxu, yaxud, dad şəklində mesaj alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar göstərib ki, bütün siqnallar ancaq koloniyanın ehtiyaclarıyla bağlı verilir. Qarışqaların buraxdığı feromenin miqdarı isə düşdükləri durumun gərginliyinə görə müəyyənləşir.


Göründüyü kimi, qarışqaların bacardığı bu işlərin öhdəsindən gəlmək üçün kimyanı dərindən bilmək tələb olunur.
Qarışqaların hazırladığı kimyəvi maddələri biz insanlar ancaq labaratoriyada apardığımız analizlərin köməyilə araşdıra bilirik. Üstəlik, həmin maddələri istehsal etməyi öyrənməyimiz üçün illərlə çalışmaq lazımdır. Qarışqalar isə dünyaya gəldikləri andan bu işləri çox gözəl bacarır və hamısını da yerli-yerində tətbiq edirlər. Dünyaya gəldikləri ilk andan kimyəvi maddələri gözəl tanımaları ona dəlalət edir ki, qarışqalara hələ doğulmazdan öncə kimya dərsi keçən bir “müəllim” var. Bunun əksini söyləmək qarışqaların özləri-özlərinə kimya öyrətdiklərini iddia etmək anlamına gəlir ki, bu da məntiqə ziddir. Qarışqalar, əlbəttə ki, heç bir təhsil görmədən, doğulur-doğulmaz bu kimyəvi maddələrdən çox gözəl baş çıxarırlar. Heç bir həşərat və ya digər canlı - insan da daxil olmaqla,- qarışqaya nəsə öyrədə bilməz, o ki qalsın kimya ola! Üstəlik, söhbət hələ dünyaya gəlməyən bir qarışqanı öyrətməkdən gedirsə, bunu kim bacara bilər? Təbii ki, bu işi görə bilən tək iradə bütün canlıları yaradan, “göylərin və yerin Rəbbi” olan Allahdır. Düşünün ki, insanların çoxu qarışqaların gündəlik həyatları zamanı işlətdikləri feromenin heç nə olduğunu da bilmirlər. Amma dünyaya gələn hər qarışqa bu kimyəvi maddənin sayəsində mükəmməl bir sosial ünsiyyət sisteminə qatılır. Bu sistem isə sonsuz qüdrət sahibi olan Allahın varlığının açıq dəlilərindən yalnızca biridir.

 

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.