Adnan Oktar Design Studio 313

Kasta sistemi

İstisnasız olaraq, bütün qarışqa toplumlarında kasta (siniflərə bölünmə) sistemi mövcuddur. Bu sistem bir koloniya daxilində üç ana bölümdən meydana gəlir.


Birinci kastanın üzvləri artıb-çoxalmağı təmin edən kraliçalar və erkək fərdlərdir. Bir koloniyada birdən çox kraliça da ola bilər. Kraliçanın vəzifəsi dünyaya yeni qarışqalar gətirmək, beləliklə də, nəslin çoxalmasına xidmət etməkdir. O, vücud baxımından digər qarışqalardan daha iridir. Erkəklərin vəzifəsi isə yalnız kraliçanı dölləməkdir. Cütləşmə uçşundan sonra onların çoxu ölür.


İkinci kastanın üzvləri əsgərlərdir. Onların vəzifəsi koloniyanı qorumaq, yeni yaşam əraziləri tutmaq və ov etməkdir.
Üçüncü kasta isə işçi qarışqalardan ibarətdir. Onlar qısır dişi fərdlərdən ibarətdirlər. Bu qarışqalar ana qarışqaya və körpələrə qulluq edir, onları təmizləyir və bəsləyirlər. Koloniyanın digər işləri də onların boynundadır. Onlar yuvalar üçün yeni lağımlar, dəhlizlər qazır, yemək arayır və yuvanı davamlı olaraq təmizləyirlər.


İşçi və əsgər qarışqalar da öz aralarında kiçik bölümlərə ayrılırlar. Bunlar kölələr, oğrular, yetişdiricilər, inşaatçılar, toplayıcılar kimi qruplardan ibarətdir. Hər qrupun fərqli vəzifəsi var. Bir qrupun işi ancaq ya düşmənlərlə savaşmaq, ya da ov etməkdir, digər qrup yuva tikir, üçüncüsü isə yuvaya qulluq edir.


Qısası, qarışqa toplumlarında hər bir fərd üzərinə düşən vəzifəni əksiksiz olaraq yerinə yetirir. Heç biri mövqeyini və ya gördüyü işin xüsusiyyətini problemə çevirmədən, sadəcə, öz işini görür. Önəmli olan koloniyanın davamlılığıdır.


Bu sistemin necə yarandığını düşünəndə isə istər-istəməz yaradılış gerçəyinə varırıq. Səbəbini açıqlayaq: Əgər ortada qüsursuz bir düzən varsa, demək, mütləq onu planlayan bir ağıl da var. Məsələn, hər orduda nizam-intizam olur və həmin intizamı ordunu idarə edən zabitlər qururlar. Ordudakı fərdlərin təsadüfən yerlərinə keçərək özləri-özlərini sıraya düzdüklərini, təşkilatlandırdıqlarını, rütbələrə böldüklərinin və bu rütbələrə uyğun davrandıqlarını fərz etmək tamamilə məntiqsiz olardı. Üstəlik, ordudakı mövcud düzənin qüsursuz şəkildə davam etməsi üçün də zabitlər onu nəzarətdə saxlamalı, yeri gələndə işə müdaxilə etməlidirlər. Qarışqalarda da eynən ordu intizamına bənzər bir intizam var. Amma diqqəti çəkən odur ki, burada heç bir “zabit”, yəni düzənləyici, yönəldici yoxdur; qarışqa toplumundakı bütün kastalar vəzifələrini qüsursuz şəkildə yerinə yetirirlər, amma onları idarə edən bir “mərkəzi iradə” gözə görünmür. Deməli, bura qədər deyilənlərdən belə nəticə çıxır ki, bütün məsələ həmin “mərkəzi iradə”nin gözlə görünməməsindədir. Quranda “Rəbbin bal arasına vəhy etdi...” («Nəhl» surəsi, 68) ayəsində xəbər verilən təlqin, məhz bu gözlə görünməyən iradədir.


Bu iradə o dərəcədə müdhiş bir planlama gerçəkləşdirib ki, incələdikcə insanları heyran qoyur. Bu heyranlıq və çaşqınlıq araşdırmaçılar tərəfindən zaman-zaman çeşidli şəkillərdə ifadə edilib. Hətta bu qədər mükəmməl bir sistemin təsadüflər sonucunda meydana gəldiyini iddia etməkdən çəkinməyən təkamülçülər də onun əsasında dayanan davranışları izah etməkdə aciz qalıblar. Təkamülçü nəşrlərdən olan Elm və Texnika Jurnalında (ABŞ) yer alan bir məqalədə yazılanlar həmin acizliyi bir daha göz önünə sərir:


“Sual bundadır ki, canlılar niyə bir-birlərinə yardım edirlər... Darvinin nəzəriyyəsinə görə, hər canlı ancaq özünün yaşaması və nəslinin dava etməsi uğrunda mübarizə aparır. Başqalarına yardım etmək o canlının həmin amalıyla düz gəlmədiyinə görə, bu məsələyə aydınlıq gətirmək tələb olunurdu. Buna görə də canlıların fədakar ola biləcəkləri versiyası ortaya atılıb. Fədakar olmağın klassik izahı budur ki, növün və ya qrupun mənafeyini öz mənafeyindən üstün tutan fərdlərdən yaranan toplum təkamül prosesində eqoist fərdlərdən yaranan toplumlara nisbətən, daha başarılı olacaq. Ancaq bu nəzəriyyədəki qarınlıq məqam odur ki, fədakar toplumlar bu özəlliklərini necə və nəyin sayəsində qoruyacaqlar? Belə bir toplumda əgər fədakar olmaq istəməyən bircə eqoist fərd meydana çıxarsa, sonradan elələrinin sayı arta bilər axı.


Bir başqa qaranlıq məqam isə ondan ibarətdir ki, əgər təkamül prosesi toplum səviyyəsində gedirsə, onda həmin toplumun sərhədləri necə müəyyənləşməlidir - ailəmi, populyasiyamı, növmü, sinifmi? Eyni anda birdən çox səviyyədə təkamül olsa belə, bunun nəticələri toplananda sonuc nə olacaq?

 

Görüldüyü kimi, canlılardakı fədakarlıq duyğusunu və bu duyğu əsasında gəlişən sosial sistemləri təkamül nəzəriyyəsilə izah etmək əsla mümkün deyil.

 

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.